Bu fikirləri politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlamasında söyləyib:
" Hesab edirəm ki, ötən beş il ərzində viran edilmiş Qubadlının bərpası və yenidən qurulması üzərində böyük işlər həyata keçirilmişdir. Keçmiş məcbur köçkünlərimizin böyük dövlət proqramı çərçivəsində öz doğma yurdlarına qayıdışı da icra olunur və bütün bu işlər Azərbaycanın dövlət büdcəsi hesabına reallaşdırılır. Qubadlının azadlığı yalnız böyük siyasi və hərbi nailiyyət olmaqla kifayətlənmir, həm də Azərbaycanın gücünə güc qatan amildir. Hesab edirəm ki, bölgənin reinteqrasiyası və iqtisadi cəhətdən yüksəlişi təmin olunduqca, Azərbaycan iqtisadiyyatı da güclənəcək, xalqımız rifah səviyyəsinin artmasının şahidi olacaq, məşğulluq təmin olunacaq və bütün mühüm hədəflərə çatacağıq".
Zeynəb Mustafazadə
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31