Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Buxarest, 24 oktyabr, AZƏRTAC
Rumıniyanın Baş naziri Ilie Bolojan ölkədəki siyasi və iqtisadi böhrandan çıxış yolları ilə bağlı açıqlama verib.
AZƏRTAC xəbər verir ki, Baş nazir əgər bu addım ölkəyə kömək edəcəksə, vəzifəsini hətta sabah tərk etməyə hazır olduğunu bəyan edib. Hökumət başçısı, həmçinin koalisiyada bəzi məsələlər üzrə fikir ayrılıqlarının mövcud olduğunu təsdiqləyib.
Qeyd edək ki, Rumıniyada hakimiyyət sol-mərkəzçi Sosial-Demokrat Partiyası, sağ-mərkəzçi Milli-Liberal Partiya, sağçı Rumıniyanı Xilas İttifaqı və Rumıniya Macarlarının Demokratik İttifaqının daxil olduğu koalisiyadan ibarətdir.
İqtisadi problemlərin dərinləşməsi fonunda koalisiya daxilində gərginlik artır və yerli müşahidəçilər yaxın gələcəkdə onun dağılacağını istisna etmirlər.
Bundan əlavə, ölkənin Konstitusiya Məhkəməsinin hakim və prokurorların pensiyalarının azaldılmasına dair qanunu rədd etməsi koalisiyaya təzyiqləri daha da artırıb. Yerli siyasətçilər bu qərarın hökumətin legitimliyinə ciddi zərbə vuracağını bildiriblər.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.