AZ

Sürücü siqaret çəkdikdə bu avtobus avtomatik dayanır - FOTO

Daşkənddə ictimai nəqliyyatın təkmilləşdirilməsi çərçivəsində 202 yeni elektrobus alıbıb. Onlar həm yeni marşrutlarda işləyəcək, həm də köhnə dizel avtobusları əvəzləyəcək. 

Avtosfer.az xəbər verir ki, yeni elektrobuslar çox sayda kamera ilə təchiz olunub. Hətta sürücünün ayağı altına da kamera yerləşdirilib. Bu, qəza zamanı sürücünün hansı pedalı basdığına sübut əldə etmək üçündür. 

Ən maraqlısı isə sürücünün özünü çəkən kameradır. Sürücünün diqqəti yoldan yayınarsa, məsələn telefonla danışarsa və ya siqaret çəkərsə sistem qəza işıqlarını qoşur və avtobusu təhlükəsiz şəkildə tormozlayır. Eyni sistem sürücü yuxladıqda və ya qəflətən halı pisləşdikdə də baş verir.
Elektrobuslar Çin istehsalı olsa da, arxa körpü Almaniya istehsalıdır. Buna səbəb əvvəlki maşınlarda bu hissənin problemli olmasıdır. 

Hazırda Daşkənddə istismar olunan avtobusların 90 faizi Mercedes və MAN-dır.

Vüqar

FOTO QALEREYA
Seçilən
23
1
avtosfer.az

2Mənbələr