AZ

Məhkəmənin Qaribaşvili ilə bağlı qərarı açıqlanıb

Hurriyyet.az xəbər verir ki, Tiflis Şəhər Məhkəməsinin  qərarı ilə Gürcüstanın keçmiş Baş naziri İrakli Qaribaşvili 1 milyon lari (təqribən 367,6 min dollar) məbləğində girov müqabilində azadlığa buraxılıb. O, bu məbləği 30 gün ərzində ödəməlidir. Qaribaşvilinin pasportu müsadiə edilib və onun ölkədən çıxması qadağan edilib. İlkin məhkəmə iclası dekabrın 16-na təyin edilib.

Xəbər verdiyimiz kimi, baş prokuror Georgi Qvarakidze  Gürcüstan Baş Prokurorluğunun keçmiş Baş nazir İrakli Qaribaşviliyə qarşı xüsusilə böyük miqyasda çirkli pulların yuyulması ittihamı irəli sürdüyünü bəyan edib. 

Hürr Tərcüman

 

Seçilən
71
1
hurriyyet.az

2Mənbələr