AZ

Ankara məhkəməsi CHP-yə qarşı iddianı rədd etdi

Ankara məhkəməsi bu gün CHP-nin 2023 və 2025-ci il qurultaylarının ləğvi ilə bağlı keçmiş Hatay Böyükşəhər Bələdiyyə başqanı Lütfü Savaşın iddiasını rədd edib.

NOCOMMENT.az bu barəsə “Sözçü” nəşrinə istinadən xəbər verir.

CHP-nin 4-5 noyabr 2023-cü il tarixlərində keçirilən 38-ci növbədənkənar qurultayının və 6 aprel 2025-ci ildə keçirilən 21-ci fövqəladə qurultayının ləğvi ilə bağlı qaldırılan iddianın beşinci məhkəməsi yüksək iştiraka görə Dışkapı Ədliyyəsinin Z-10 zalında keçirilib.

Məhkəmə prosesi Türkiyə vaxtilə saat 09:55-də başlayıb və bir saat yarın davam edib.

Məhkəmə digər detalların əsaslandırılmış qərarda izah ediləcəyini və tərəflərin iki həftə ərzində qərardan apellyasiya şikayəti verə biləcəyini bildirib.

Xatirə SADİQ

Seçilən
35
nocomment.az

1Mənbələr