AZ

Politoloq: Azərbaycan Macarıstan əlaqələri yeni mərhələyə qədəm qoyur

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Azərbaycan və Macarıstan arasında münasibətlər son illərdə yüksələn xətt üzrə inkişaf edir. Artıq iki ölkə arasında strateji tərəfdaşlığa yaxın münasibətlər formalaşıb. Bu gün Azərbaycan və Macarıstan arasında dostluq və qardaşlıq əlaqələri mövcuddur".Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib. "Macarıstan Türk Dövlətləri Təşkilatının toplantılarında müşahidəçi və məşvərətçi statusunda iştirak edir. Bu, onun Türk dünyasında təmsil olunan önəmli bir Avropa dövləti kimi rolunu daha da gücləndirir. Avropa İttifaqının üzvü olan Macarıstanla Azərbaycanın münasibətləri hazırda ən yüksək səviyyəyə çatıb. Hər iki ölkə beynəlxalq arenada bir çox məsələlərdə ortaq mövqedən çıxış etməyi bacarır".O bildirib ki, Azərbaycan və Macarıstan arasında iqtisadi və ticarət əlaqələri də davamlı şəkildə inkişaf edir:"Bütün bunlar göstərir ki, iki ölkə münasibətlərini strateji tərəfdaşlıqdan strateji müttəfiqliyə doğru daşımaq istiqamətində mühüm addımlar atır.Bu proses həm Türk Dövlətləri Təşkilatının inkişafına, həm də təşkilatın dünya miqyasında siyasi iradə mərkəzinə çevrilməsinə əhəmiyyətli təsir göstərə bilər. Artıq şübhə yoxdur ki, Azərbaycan–Macarıstan münasibətləri yaxın gələcəkdə də eyni inkişaf tempini qoruyub saxlayacaq".Əfsanə Kamal

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
89
1
demokrat.az

2Mənbələr