Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə brifinq keçirib.
Publika.az xəbər verir ki, brifinqin əsas mövzulardan biri terrorla mübarizə tədbirlərinin gücləndirilməsi olub.
Görüş videokonfrans vasitəsilə keçirilib.
“Hörmətli həmkarlar! Bizim mahiyyətcə bir sualımız var və biz buna, belə demək mümkünsə, müxtəlif rakurslardan yanaşmalıyıq. Bu, antiterror tədbirlərinin gücləndirilməsini və təkmilləşdirilməsini nəzərdə tutur", - Putin görüşü açaraq deyib.
Kremlin mətbuat xidmətinin məlumatına görə, ilk olaraq FSB-nin direktoru Aleksandr Bortnikov hesabat verib.