AZ

“Ermənistan və Azərbaycan cəmiyyətləri arasında barışığa böyük ehtiyac var” Mirzoyan

525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Ermənistan və Azərbaycan sülh əldə ediblər və indi münasibətlərin tam normallaşması üçün böyük səylər göstərirlər”.

525.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Fransada 4-cü Feminist Diplomatiya Konfransı çərçivəsində keçirilən panel müzakirədə bildirib.

“Bəlkə də hər kəs artıq bilir ki, biz Azərbaycanla sülh bağlamışıq. Hər iki ölkə hazırda münasibətləri tam normallaşdırmaq üçün böyük səylər göstərir. Buna görə də, hökumətin rəsmi müqavilələrin imzalanması və konkret həllər hazırlanması səyləri ilə paralel olaraq, cəmiyyətlər arasında barışığa da böyük ehtiyac var", - nazir qeyd edib.

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
54
525.az

1Mənbələr