Almaniyanın populist “Almaniya üçün Alternativ” partiyası Tramp administrasiyası ilə yaxınlaşmaq niyyətindədir...
Poliqon xəbər verir ki, Almaniyanın populist və hökumət tərəfindən “ekstremist” kimi tanınan “Almaniya üçün Alternativ” (AfD) partiyası ABŞ prezidenti Donald Tramp ilə daha sıx əlaqələr qurmaq niyyətindədir. The Washington Post qəzetinin yazdığına görə, partiya Trampın doğma kökləri ilə bağlı simvolik addım atmaq istəyir və onu babasının doğulduğu bölgənin fəxri vətəndaşı elan etmək planlaşdırılır.
Qeyd edək ki, 1885-ci ildə Donald Trampın babası Fridrix Tramp Almaniyanın qərbindəki Reynland-Pfalz regionunun Bad-Dürkxaym şəhərini tərk edərək ABŞ-yə köçüb. İndi, 140 il sonra, AfD həmin bölgənin yerli icra orqanına Trampın fəxri vətəndaş elan olunması təşəbbüsünü təqdim edib.
Lakin bu təşəbbüsün qəbul ediləcəyi ehtimal azdır, çünki bölgə şurasına konservativ qüvvələr nəzarət edir. Buna baxmayaraq, təşəbbüs AfD-nin Tramp administrasiyası və onun tərəfdarlarına simpatiyasını göstərən sonuncu siyasi jest kimi dəyərləndirilir.
Əvvəllər “Almaniya üçün Alternativ” partiyasının ABŞ siyasətinə münasibəti əsasən antiamerikan və antizapad ritorikaya söykənirdi. Lakin partiya rəsmiləri hesab edirlər ki, Trampın hakimiyyətə gəlişi ilə bu xətt dəyişib. “Trampın gəlişi ilə ABŞ-ın xarici siyasəti tamamilə dəyişdi... İndi həm Amerika siyasəti, həm də daxili kurs AfD-yə daha yaxındır,” deyə ekstremist populizm üzrə alman politoloq Yoxannes Hille bildirib.
Poliqon.info