"Atletiko" klubunun sahibi dəyişir.

Offsideplus.az xəbər verir ki, Madrid təmsilçisinin yeni sahibi ABŞ fondu "Apollo" olacaq. Onlar İspaniya klubu üçün 2 milyard avro ödəyəcək.

Bu barədə "Vozpopuli" məlumat yayıb".

Qeyd edək ki, 1993-cü ildən bəri klubun hissələrinin əsas faizi Migel Anxel Xil Marində idi. O, klubun keçmiş prezidenti Xesus Xilin oğludur.

Klubun hazırki prezidenti isə Enrike Serezodur.