Tovuz rayonunda yerləşən heyvan bazarında dezinfeksiya tədbirləri həyata keçirilir.
Far.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Bildirilir ki, işlər heyvanlar arasında yoluxucu xəstəliklərin qarşısının alınması və sanitar-gigiyenik qaydalara riayət olunmasının gücləndirilməsi məqsədilə aparılır.
Dezinfeksiya tədbirləri çərçivəsində bazar ərazisi, heyvan saxlama yerləri, ticarət meydançası və ətraf infrastruktur xüsusi məhlullarla təmizlənir.
Xatırladaq ki, sabahdan -oktyabrın 25-dən ölkə üzrə heyvan bazarları müvəqqəti bağlanacaq.