AZ

İnsanları tüstü ilə boğub ekologiyanı korlayan avtomobil sahiblərinə qarşı tədbir görülməlidir - Ekoloq

Paytaxt Bakıda tez-tez bəzi avtobus və maşınlara baxanda onlardan qara tüstü çıxdığını müşahidə edirik. Bunun zəhərli olduğu və insanların sağlamlığına zərər verdiyi hər kəsə bəllidir.

Bəs insanları tüstü ilə boğub ekologiyanı korlayan avtomobillərlə bağlı hansı tədbirlər görülməlidir?

Redaktor.az-a danışan ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov qeyd etdi ki, ümumiyyətlə, bütün avtomobillər Azərbaycan qanunvericiliyinə əsasən hər iki ildən bir texniki baxışdan keçir:

"Köhnə avtomobillər isə ən azı hər il texniki baxışdan keçməlidirlər. Onların ekoloji tələblərə cavab verib-vermədiyi yoxlanılır. Bizdə ekoloji polis var. Polis istəsə, avtomobili saxlayıb onun tüstüsündən nümunə götürə bilər. Bir çox polisdə bunun üçün avadanlıqlar mövcuddur".

Rövşən

Müsahibimizin sözlərinə görə, hansısa bir çatışmazlıq müəyyən olunarsa, həmin avtomobilin hərəkəti dayandırılmalı və parkdan çıxarılmalıdır.

"Ümumiyyətlə, belə hallar qətiyyən yolverilməzdir və ətraf mühiti çox çirkləndirən avtomobillərin hərəkəti qanunvericiliyə də ziddir. Onların dayandırılması, saxlanılması və istifadədən çıxarılması üçün kifayət qədər hüquqi baza var və həmin hüquqi baza tətbiq olunmalıdır", - deyə o vurğuladı.

Nuriyyə NATİQQIZI

Seçilən
61
1
redaktor.az

2Mənbələr