AZ

Ölkələrdən ortaq qərar

ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Ruandanın paytaxtı Kiqalidə keçirilən Afrika Quru Qoşunları Zirvəsində qitə miqyasında təhlükəsizlik problemlərinə qarşı ortaq şəkildə hərəkət etmək qərarı qəbul edilib. 

Afrika qitəsinin müxtəlif bölgələrindən yüksək səviyyəli hərbi nümayəndələrin iştirak etdiyi iki günlük zirvədə təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi, hərbi koordinasiyanın artırılması və regional sülhün qorunmasına dair həll yolları müzakirə olunub. 

"Cebheinfo.az" xəbər verir ki, Ruanda müdafiə naziri Juvenal Marizamunda zirvənin bağlanış mərasimindəki nitqində Afrika ordularının qarşılaşdığı təhlükəsizlik təhdidlərinə qarşı birlikdə hərəkət etməyin vacibliyini vurğulayıb. 

Bildirib ki, qitə ölkələrinin hərbi əməkdaşlıq və peşəkar təcrübə mübadiləsi sahəsində ortaq layihələr hazırlaması sabit və firavan bir Afrikanın qurulmasında əsas rol oynayacaq. Zirvədə ölkələr arasında birbaşa əməkdaşlığın gücləndirilməsi və ordular arasında koordinasiyanın artırılması məsələlərində razılıq əldə olunub. Bundan əlavə, pilotsuz uçuş aparatları (PUA) ilə bağlı müdafiə sahəsində ortaq işlərin aparılması və bu sahədəki təcrübələrin paylaşılmasının vacibliyi vurğulanıb. 

İştirakçılar Afrika Quru Qoşunları Zirvəsinin qitə miqyasında hərbi əməkdaşlıq və təhlükəsizlik sahəsində həmrəyliyi gücləndirmək məqsədilə mütəmadi olaraq keçirilməsi barədə də razılığa gəliblər. 

Afrika Quru Qoşunları Zirvəsi ilk dəfə 2004-cü ildə ABŞ-də təşkil olunub, Afrika qitəsində isə ilk zirvə 2012-ci ildə Uqandanın Kampala şəhərində baş tutub. Zirvədə Burkina Faso, Burundi, Çad, Qambiya, Keniya, Seneqal, Somali, Cənubi Sudan, Uqanda və Ruanda kimi Afrika ölkələrindən nümayəndələr iştirak edir. 

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
69
1
cebheinfo.az

2Mənbələr