AZ

Müəllimlərin maaşının artırılmasının digər həll yolları barədə təkliflərimizi təqdim edəcəyik - Nazir müavini

Bakı. Trend:

Biz də istəyirik ki, müəllimlərin əməkhaqqı artsın.

Trend xəbərverir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev MilliMəclisin bugünkü iclasında “Ümumi təhsil haqqında” qanuna təklifedilən dəyişikliyin müzakirəsi zamanı deyib.

O bildirib ki, sertifikatlaşdırma prosesi yekunlaşdıqdan sonramüəllimlərin əməkhaqqında ciddi artım olub:

“Əməkhaqqı artımı ümumtəhsil sistemində dərs saatlarınabağlıdır. Kimin dərs saatı çoxdursa, onun əməkhaqqı dahaçoxdur.

Dərs saatlarının bölgüsünə diqqət yetirsək, 24 dərs saatı olanmüəllimlərin sayı 30,6 faizdir, 29,4 faizinin dərs saatı 24-dənçoxdur. Onların əməkhaqqı 1300-1500 manat arasında dəyişir”.

Nazir müavini əlavə edib ki, müəllimlərin orta aylıq əməkhaqqı1000 manata yaxındır.

“Sertifikatlaşdırma prosesi yekunlaşdıqdan sonra əməkhaqqındaartımlar olacaq. Növbəti mərhələdə müəllimlərin əməkhaqqınınartırılmasının digər həll yollarını düşünürük. Bu barədətəkliflərimizi təqdim edəcəyik", - deyə nazir müavini qeydedib.

Seçilən
96
8
az.trend.az

10Mənbələr