Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Sabunçu Dəmiryol Vağzalında eskalatorun işləməməsi sakinlərin narazılığına səbəb olub.
Bu barədə Oxu.Az-a müraciət edən sakinlər bildiriblər ki, bir aydan çoxdur qurğu işləmir.
"Bir aydan çoxdur ki, eskalator xarab olub. Onun işləməməsi gənclər üçün o qədər də bir fərq etməsə də, yaşlı insanların pilləkəni qalxmasına çətinlik törədir", - deyə sakinlər bildirib.
Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-yə sorğu ünvanlanıb.
"Sabunçu Dəmiryol Vağzalında eskalator bir aydır işləmir" - Sakinlərdən ŞİKAYƏT
Aygün Mirakif
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.