AZ

Ağstafa rayonunda şəhid Rəhman İsmayılovun xatirəsi anılıb

Ses qazeti portalından verilən məlumata əsasən, ain.az bildirir.

19 oktyabr 2025-ci il tarixində ağstafalı Vətən müharibəsi şəhidi İsmayılov Rəhman Mehdi oğlunun ildönümü münasibətilə Muğanlı kənd qəbirstanlığında məzarı ziyarət olunub, önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.

Tədbirdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının əməkdaşları, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində həmçinin digər şəhidlərimizin də məzarları ziyarət olunub, önlərinə gül dəstələri düzülərək, əziz xatirələri ehtiramla anılıb.

Daha sonra tədbir iştirakçıları Rəhman İsmayılovun ailə üzvlərini ziyarət edərək, onların qayğıları ilə maraqlanıblar, dərin hüzünlə başsağlığı veriblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
78
sesqazeti.az

1Mənbələr