AZ

Ayxan Abbasov bu futbolçuları "Qarabağ"a qarşı oynada bilməyəcək - ADLAR

Misli Premyer Liqasının (MPL) 9-cu turunda "Qarabağ"ın qonağı olacaq "Şamaxı" oyuna üç itki ilə çıxacaq.

Bunu Fanat.Az-a açıqlamasında "aslanlar"ın sözçüsü Yusif Hüseynli deyib:

“Kəpəz”lə matçda aldığı birbaşa qırmızı vərəqəyə görə 3 oyunluq cəzalanan Abdulaye Şuaybu komandaya kömək edə bilməyəcək. İki oyunçu isə zədə səbəbindən oynamayacaq ki, bunlar da Edqar Adilxanov və Andrey Tirkoveanudur".

Qeyd edək ki, "Qarabağ" - "Şamaxı" qarşılaşması oktyabrın 26-da keçiriləcək. Matçın start fiti 18:30-da səsləndiriləcək. 

Mirağa

Seçilən
43
2
fanat.az

3Mənbələr