“Türk Dövlətləri Təşkilatının Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci iclasında üzv ölkələrin strateji əlaqələrinin fəal təşviqinin iqtisadi tərəfdaşlıqda artan rolunu vurğuladıq.
Sənaye, elm, texnologiya, innovasiya, enerji, nəqliyyat, ticarət və digər sahələrdə birgə fəaliyyətimiz ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsinə və regionumuzun dayanıqlı inkişafına səmərəli töhfələr verir”.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.
Nazir əlavə edib ki, birgə təşəbbüslər çərçivəsində rəqəmsal ekosistemin yaradılması və yüksək texnologiyalar sahəsində layihələrin reallaşdırılması Türk dövlətlərinin innovasiya yönümlü iqtisadi transformasiyasına, rəqabətqabiliyyətli insan kapitalının formalaşmasına və biznes mühitinin inkişafına təkan verəcək.