AZ

ÜST fövqəladə hallara hazırlıq üçün yeni təlimat təqdim etdi

Saglamolun portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“DAHA SÜRƏTLİ MÜBARİZƏ ÜÇÜN”

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələrin sağlamlıqla bağlı fövqəladə hallarına daha effektiv cavab verməsi üçün yeni bələdçi sənəd – “Milli Sağlamlıq Fövqəladə Hallarının Koordinasiyası üzrə Təlimat”ı təqdim edib.Yeni təlimat iqlim dəyişiklikləri, urbanizasiya, müharibələr və sürətli qlobal hərəkətlilik kimi amillərin yaratdığı sağlamlıq böhranlarına hazırlığı gücləndirməyi hədəfləyir. ÜST-ün məlumatına görə, sənədin əsas məqsədi dövlət qurumları, səhiyyə strukturları və yerli icmalar arasında koordinasiyanı yaxşılaşdırmaqdır.Təlimatda fövqəladə halın bütün mərhələləri – aşkarlama, məlumatlandırma, risk qiymətləndirilməsi, icra və monitorinq – sistemli şəkildə təsvir olunub. Burada “7-1-7” prinsipi də vurğulanır: xəstəliyin 7 gün ərzində aşkarlanması, 1 gün ərzində bildirişi və 7 gün ərzində ilkin cavabın həyata keçirilməsi.ÜST bildirir ki, bu təlimat ölkələrə istənilən miqyasda sağlamlıq təhdidlərinə daha operativ və koordinasiyalı reaksiya vermə imkanı yaradacaq.

Saglamolun.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
108
saglamolun.az

1Mənbələr