AZ

Deputat: MİQ imtahanlarına təkrar müraciət edənlərin 30 faizi prosesə qatılmırlar

BAKI, 24 oktyabr. TELEQRAF

"MİQ imtahanlarına təkrar müraciət edənlərin 30 faizi prosesə qatılmırlar, problem yaranır".

Teleqrafxəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev Milli Məclisin bugünkü plenar iclasında“Ümumi təhsil haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, 2025-ci ildə 65 min 573 MİQ imtahanına müraciət edib:

“Onların 33 faizi ilk dəfə, 67 faizi təkrar müraciət edənlərdir. Müraciət edənlər imtahana gəlməsə də, dövlət buna maliyyə vəsaiti sərf edir, test blankları hazırlanır. Beləliklə, orta hesabla ildə 2,5 - 3 milyon manat vəsait sərf edilir. İldə 500-600 min manat vəsait isə əsassız xərclənmiş olur. Bu məbləğlə 200 tələbənin təhsil haqqını ödəyə bilərik”.

İdris İsayev bildirib ki, Elm və Təhsil Nazirliyi yaxın günlərdə repetitorlarla bağlı təkliflərlə çıxış edəcək.

O qeyd edib ki, müəllimlərin iş saatının onların əməkhaqqına uyğunlaşdırılması kimi məsələləri həll etmək üçün təkliflər də var.

Seçilən
110
2
teleqraf.com

3Mənbələr