AZ

Mirzoyan Azərbaycana görə erməni qadınlara səsləndi

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Ermənistanla Azərbaycan arasında sülh əldə olunub, lakin hökumətlərarası razılaşmalardan əlavə, cəmiyyətlərarası barışığa da ehtiyac var”. 

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Sülh və təhlükəsizlik naminə feminist xarici siyasət” adlı panel müzakirəsində deyib.

Mirzoyan erməni qadınlara müraciət edərək sülh prosesində onların da üzərinə məsuliyyət düşdüyünü bildirib:

“Biz qadınların münaqişələr zamanı çəkdikləri əzabları başa düşür və onların hislərinə hörmətlə yanaşırıq. Cəmiyyətlərarası barışıq prosesində də qadınların rolunu gözardı etmək olmaz. Bu, ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edir. Gələcək iztirabların qarşısını almaq üçün sülh prosesinin inkişaf etdirilməsi məsuliyyətini götürmək lazımdır”.

Əliyar Xəlil

Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
1
globalinfo.az

2Mənbələr