AZ

Türkmənistan Prezidenti İtaliyada səfərdədir

BAKI, 24 oktyabr. TELEQRAF

Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov İtaliyaya səfərə gedib.

Teleqraf xəbər verir ki, səfərin proqramına Türkmənistan Prezidenti ilə İtaliya rəhbərliyi arasında danışıqlar, Türkmənistan-İtaliya Biznes Forumunda iştirak, Romadakı Kapitolin Muzeyində “Türkmənistanın qədim sivilizasiyası” sərgisinin açılış mərasimi daxildir.

Səfərin yekunları üzrə Türkmənistan və İtaliya arasında ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsinə yönəlmiş sənədlər paketinin imzalanması planlaşdırılır.

Seçilən
44
teleqraf.com

1Mənbələr