AZ

Kanalın baş redaktorunun anasının evində axtarış aparıldı – Ulyanovskda

ASTRA Telegram kanalının təsisçisi və baş redaktoru Anastasiya Çumakovanın anasının Ulyanovskdakı mənzilində axtarış aparılıb.

NOCOMMENT.az xəbər verir ki, ASTRA kanalı özü bu barədə məlumat yayıb.

Məlumata görə, Çumakova həmin mənzildə qeydiyyatda deyil və 10 ildən artıqdır orada yaşamır.

Axtarış ordu haqqında yalan xəbərlər yaydığına görə baş redaktora qaldırılmış cinayət işi çərçivəsində aparılıb. İstintaq Komitəsinin, Federal Təhlükəsizlik Xidmətinin və Daxili İşlər Nazirliyinin əməkdaşları Çumakovanın 61 yaşlı anasının texniki avadanlığıni müsadirə ediblər və onu şahid qismində dindiriblər.

Anastasiya Çumakova xaricdə yaşayır. Onun qurucusu olduğu ASTRA kanalının materiallarının çoxu Ukraynadakı müharibəyə həsr olunub. Kanal tez-tez Ukrayna ordusunun Rusiya ərazisindəki obyektlərə endirdiyi zərbələr barədə şahidlərinin foto və videolarını dərc edir. Rusiya hakimiyyəti kanalı “xarici agent” kimi tanıyıb.

Xatirə SADİQ

Seçilən
77
nocomment.az

1Mənbələr