Amerikalı aktrisa İzabel Teyt, “9-1-1: Neşvill” serialında çəkilən 23 yaşlı gənc istedad, Şarko-Mari-Tut xəstəliyi adlanan nadir sinir-əzələ pozğunluğu səbəbindən vəfat edib.
Redaktor.az xəbər verir ki, bu barədə aktrisanın agenti Kim MakKrey “Hollywood Reporter” nəşrinə məlumat verib.
Teyt 19 oktyabr tarixində uzun sürən müalicədən sonra dünyasını dəyişib. Ailəsinin sözlərinə görə, o, “enerji dolu, mübariz və heç vaxt əlilliyi ilə bəraət qazandırmayan bir insan” idi.
İzabel uşaqlıq illərində model və aktrisa kimi fəaliyyət göstərib. Daha sonra o, Orta Tennessi Dövlət Universitetində “sahibkarlıq” ixtisası üzrə təhsil alıb. “9-1-1: Neşvill” layihəsi onun böyüklər kimi ilk rolu olub. Serialın pilot bölümü iyun ayında çəkilib, premyerası isə 6 oktyabrda baş tutub.
Aktrisanın ailəsi çiçək əvəzinə onun xatirəsinə Şarko-Mari-Tut Assosiasiyasına ianə edilməsini xahiş edib. Qurum bu nadir xəstəlik barədə məlumatlılığın artırılması ilə məşğuldur.