Bakı. Trend:
Oktyabrın 24-də xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdəsəfərdə olan Türk Dövlətləri Təşkilatının (TDT) baş katibiKubanıçbek Omuralıyevi qəbul edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı, tərəflər ölkəmizin TDT çərçivəsində sədrliyininprioritetlərini, təşkilatın gündəliyində duran məsələləri vəgələcək planları müzakirə ediblər.
Nazir Ceyhun Bayramov təşkilatımız çərçivəsində dostluq,qardaşlıq və bütün sahələrdə əməkdaşlığın gücləndirilməsinin əsasprioritet olduğunu, Azərbaycanın bu potensialın reallaşmasıistiqamətində Türk Dövlətləri Təşkilatı çərçivəsində atılanaddımları, təşəbbüsləri və ideyaları daim dəstəklədiyini,təşkilatın katibliyinin və beynəlxalq təşkilatlarda müşahidəçistatusunun daha da gücləndirilməsinin və genişləndirilməsinin vacibolduğunu vurğulayıb.
Tərəflər ötən il Şuşada keçirilmiş qeyri-rəsmi sammitin, sammitzamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinin, habelə bu il Qəbələdəkeçirilmiş sammit zamanı qəbul edilmiş qərarların təşkilatçərçivəsində çoxşaxəli əməkdaşlıq üçün əhəmiyyətini qeyd ediblər.Baş katib ölkəmiz tərəfindən təşkil edilmiş tədbirlərin uğurlutəşkilinə görə təbriklərini çatdırıb.
Azərbaycanın Qəbələ sammiti zamanı irəli sürdüyü təşəbbüslərinicra edilməsi istiqamətində addımlar nəzərdən keçirilib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafındafikir mübadiləsi aparılıb.