AZ

ABŞ-də Oveçkinin şərəfinə “Ovi” adlı labrador yetişdirilir - VİDEO

ABŞ-də “Vaşinqton” hokkey klubunun əfsanəvi hücumçusu Aleksandr Oveçkinin şərəfinə “Ovi” adlı labrador dünyaya gəlib.

İdman.biz xəbər verir ki, 18 həftəlik qara labrador qısa zamanda sosial şəbəkələrdə məşhurlaşaraq izləyicilərin sevimlisinə çevrilib.

Klubun rəsmi saytının məlumatına görə, “Ovi” xüsusi təlim keçdikdən sonra Virciniyada veteranlara və fiziki məhdudiyyətli şəxslərə yardım edəcək.

İdman.Biz

Seçilən
67
1
idman.biz

2Mənbələr