BAKI, 24 oktyabr. TELEQRAF
2020-ci ildən Vilnüsdə yaşayan Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya Litva hakimiyyəti onun təhlükəsizlik səviyyəsini aşağı saldıqdan sonra Ermənistana səfərini ləğv etmək məcburiyyətində qalıb.
Teleqraf xəbər verir ki, bu barədə “Delfi” portalı Tixanovskayanın məsləhətçisi Denis Kuçinskiyə istinadla məlumat yayıb.
“Bəli, təsdiq edə bilərəm ki, “Avronest” (Şərq Tərəfdaşlığı) plenar iclası üçün Ermənistana çoxdan planlaşdırılan ilk səfərimizi ləğv etmək üçün çətin qərar qəbul etməli olduq”, - o qeyd edib.