Bakı. Trend:
Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində inşasına başlanılmışAlbalılıq avtobus parkı üçün elektrik doldurma stansiyalarıquraşdırılacaq.
Trend-inməlumatına görə, “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC)bununla bağlı müvafiq işləri yekunlaşdırıb.
Belə ki, “BakuBus” sözügedən işlərin icrasını “ElectrifyAzerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib vəmüqavilə bağlayıb.
Müqaviləyə əsasən, şirkətə 1,2 milyon manat ödənilib.
İşlərin həvalə olunduğu şirkət 2020-ci ildə dövlət qeydiyyatınaalınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin qanuni təmsilçisiRüstəmov Tariyel Nazim oğludur.