AZ

“Beşiktaş” Rafa Silvanın zədələnməsi ilə bağlı açıqlama yayıb

Türkiyənin “Beşiktaş” klubu portuqaliyalı futbolçu Rafa Silvanın zədələnməsi ilə bağlı açıqlama yayıb.

Missiya.Az xəbər verir ki, Trendyol Super Liqasının III turundan təxirə salınan “Tümosan Konyaspor” – “Beşiktaş” oyununda (0:2) zədələnən hücumçu ilə bağlı klubun rəsmi saytında məlumat yerləşdirilib.

Açıqlamada bildirilir ki, oyun sonrası futbolçunun hər iki baldır əzələsində sərtlik və ağrı hiss edilib. Müayinələr nəticəsində Silvaya gec başlayan əzələ ödemi (DOMS) diaqnozu qoyulub.

“Komandamızın bugünkü məşqində iştirak etməyən Rafa Silvanın müalicəsinə həkim heyətimiz tərəfindən başlanılıb”, – məlumatda qeyd olunub.

Xatırladaq ki, “Beşiktaş” səfərdə “Konyaspor”u 2:0 hesabı ilə məğlub edib.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
93
1
missiya.az

2Mənbələr