AZ

Ödəmə terminalından oğurluq edən narkotacirlər saxlanıldı (VİDEO)

Bakı. Trend:

Abşeron rayonu ərazisində yerləşən marketlərin birində ödəməterminalından oğurluq edilib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumatverilib.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləritədbirlərlə əməli törətməkdə şübhəli bilinən 30 yaşlı Rəşad Cəlilovvə 34 yaşlı Xəzər Hüseynov müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalarla məlum olub ki, saxlanılan şəxslər rayonun Masazırqəsəbəsindəki marketdə ödəmə terminalını sındırmaqla ümumilikdə 3min manatdan artıq pul vəsaitini talayıblar. Onların törətdiklərioğurluqlar təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.

İdarə əməkdaşları tərəfindən rayon ərazisində həyata keçiriləndigər tədbir zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsindəşübhəli bilinən 44 yaşlı Elvin Məmmədov saxlanılıb. Həmin şəxsinXırdalan şəhərində yaşadığı evə baxış zamanı ümumilikdə 16kiloqram, o cümlədən 7 kq heroin, 4 kq metamfetamin, 5 kqmarixuana, 1230 ədəd psixotrop tərkibli metadon həbi vənarkotiklərin satışında istifadə edilən elektron tərəziaşkarlanıb.

E.Məmmədov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqlaaraşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiyini bildirib.

Faktlarla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyattədbirləri davam etdirilir.

Seçilən
69
31
az.trend.az

10Mənbələr