AZ

Şəmkirdə ağacəkmə aksiyası keçirilib

Şəmkir, 24 oktyabr, Vüsalə Cənnətova, AZƏRTAC

Şəmkirdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib.

AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, 8 Noyabr - Zəfər Gününə həsr olunan silsilə tədbirlərdən biri olaraq reallaşdırılan aksiya çərçivəsində rayon ərazisində yerli iqlim şəraitinə uyğun 450 ədəd müxtəlif növ ağac, eləcə də gül kolları əkilib. Yeni yaşıllıqlar salınan yerlərdə abadlıq və təmizləmə işləri görülüb, yaşıllıqların suvarılması təmin edilib.

Ərazinin nəzarətdə saxlanılması, salınan yaşıllıqlara mütəmadi qulluq göstərilməsi üçün müvafiq tədbirlərin bundan sonra davam etdirilməsi nəzərdə tutulur. Məqsəd ekoloji tarazlığın, ətraf mühitin qorunmasına töhfə verməkdir.

 

Seçilən
114
azertag.az

1Mənbələr