BAKI, 24 oktyabr. TELEQRAF
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev seysmik təhlükəsizliyin təmin edilməsi və sənayenin səmərəliliyinin artırılması ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.
Teleqraf xəbər verir ki, bu sənəd əsasında 2026-cı il yanvarın 1-dən sürüşmə riski yüksək olan avtomobil yolları və dağlıq ərazilərdən keçən dəmir yolu xətlərinin yaxınlığında kosmik monitorinqlər aparılacaq.
Həmçinin, süni intellektdən istifadə etməklə zəlzələnin proqnozlaşdırılması təcrübəsi tətbiq olunacaq. Birinci mərhələdə bu pilot layihə Daşkənddə həyata keçiriləcək.
Bu işlərlə yanaşı, mədəni irs obyektlərinin mümkün zəlzələlərə tab gətirmə qabiliyyəti yoxlanılacaq. Bu çərçivədə regionların seysmik təhlükəsi haqqında məlumat toplayan platforma da yaradılacaq. Binaların tikintisi zamanı tikinti şirkətləri tərəfindən istifadə olunacaq.