AZ

Bakıdakı ilk inklüziv “Kashalata” kafesi fəaliyyətini davam etdirir!

Bakı. Trend:

“Birgə və Sağlam” İctimai Birliyinin təşəbbüsü, PAŞA Holding-in,həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, KOBİA, SOCAR,Trendyol Azərbaycan və digər tərəfdaş şirkətlərin dəstəyi ilə təsisedilən ilk inklüziv “Kashalata” kafesi fəaliyyətini uğurla davametdirir.

Sözügedən təşəbbüsün əsas məqsədi əlilliyi olan gənclərinməşğulluğuna dəstək göstərmək və onların cəmiyyətə inteqrasiyasınıtəşviq etməkdir. Üzeyir Hacıbəyli küçəsi 57 ünvanında yerləşən bukafedə ümumilikdə 20 gənc çalışır ki, onlardan bir qismi autizmspektr pozuntusu və digər neyromüxtəliflik xüsusiyyətlərinə malikşəxslərdir.

Qeyd edək ki, qadınlar və uşaqlara dəstək göstərmək PAŞA Holding-inkorporativ sosial məsuliyyət strategiyasının əsas istiqamətlərindənbiridir. Bu çərçivədə Holding talassemiyadan və autizmdən əziyyətçəkən uşaqlara, kimsəsiz övladlara dəstək məqsədilə müxtəlif yardımvə qanvermə aksiyaları, eləcə də digər sosial layihələrə dəstəkverir.

Seçilən
73
3
az.trend.az

4Mənbələr