AZ

Adı pandusdur, özü yox: Polis əməkdaşı köməyə gəldi VİDEO

Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakıda panduslarla bağlı vəziyyət hələ də ürəkaçan deyil. Paytaxtın bir çox ərazilərində, xüsusilə də yeraltı və yerüstü piyada keçidlərində quraşdırılan panduslar standartlara cavab vermir. Bu isə əlilliyi olan şəxslərin və uşaq arabası ilə hərəkət edən valideynlərin gündəlik həyatını xeyli çətinləşdirir. 

Pandusların çoxunda meyillik dərəcəsi normadan artıq, səth isə sürüşkən olur ki, bu da təhlükəli vəziyyətlərin yaranmasına səbəb olur.

Avtosfer.az xəbər verir ki, belə problemli biri də paytaxtın Neftçilər prospektində - “Hilton” otelinin qarşısındakı yeraltı piyada keçidində müşahidə olunub. Belə ki, keçiddə quraşdırılan pandus standartlara uyğun olmadığı üçün əlil və uşaq arabaları ilə hərəkət etmək çətinlik yaradır.

Bu gün Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı ərazidə olarkən uşaq arabası ilə keçiddən keçməyə çalışan bir xanımın ciddi çətinliklərlə üzləşdiyini görüb. Hadisə yerində olan polis əməkdaşı dərhal köməyə gələrək, xanımın uşaq arabası ilə bulvar tərəfə keçməsinə yardım edib.

Elməddin Muradlı bildirib ki, həmin keçiddəki pandus nə təhlükəsizlik, nə də rahatlıq baxımından tələblərə cavab verir. Onun sözlərinə görə, bu vəziyyət yalnız valideynlər üçün deyil, həm də fiziki məhdudiyyətli şəxslər üçün böyük problem yaradır və bu istiqamətdə ciddi tədbirlərin görülməsi vacibdir.

Eltac Zülfüqaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
99
avtosfer.az

1Mənbələr