AZ

Qazaxıstan və Azərbaycanın enerji layihələrində metan tullantılarının səviyyəsi aşağıdır - "S&P Global"

Aşqabad. Trend:

Qazaxıstan və Azərbaycanın ən iri neft-qaz yataqlarında metanemissiyalarının səviyyəsi aşağıdır və Norveçdəki göstəricilərləmüqayisə oluna bilər.

Trend-in xüsusimüxbiri xəbər verir ki, bunu “S&P Global Commodity Insights”şirkətinin nümayəndəsi Yevgeniya Mayburova Aşqabadda keçirilən“Türkmənistanın Nefti və Qazı 2025” konfransında deyib.

Onun sözlərinə görə, aparılan təhlil Qazaxıstanda Qaşaqan,Qaraçaqanak və Tengiz kimi ən iri yataqların və AzərbaycandaŞahdəniz və Azəri-Çıraq-Günəşli yataqlarını ehtiva edib.

“Həmin yataqlarda metan intensivliyi yüksək sayılmır vəNorveçdəki obyektlərdə müşahidə olunan göstəricilərə yaxındır.Lakin vacib olan odur ki, emissiyaların necə hesablandığını anlamaqlazımdır - birbaşa ölçmələr və peyk monitorinqini nəzərdə tutan4–5-ci səviyyəli standartlar emissiyaların uçotu üzrə "qızılstandart" hesab olunur”, – deyə Mayburova vurğulayıb.

O qeyd edib ki, son illərdə regionda emissiyalarınintensivliyinin azalması üzrə sabit tendensiya müşahidə olunur ki,bu da avadanlıqların modernləşdirilməsi və qazın utilizasiyasıtexnologiyalarının tətbiqi ilə əlaqədardır.

“Məsələn, Tengiz yatağında operator hasilatın artmasınabaxmayaraq, müşayiət edən qazın yandırılması həcmini 22 dəfə – 2,7milyard kubmetrdən 200 milyon kubmetrdən də az həcmə endirməyə nailolub. Oxşar nəticələr Azərbaycan layihələri – Şahdəniz vəAzəri-Çıraq-Günəşli üzrə də müşahidə olunur, burada son illərdəməşəl yandırma intensivliyi səkkiz dəfə azalıb”, - deyə “S&PGlobal” nümayəndəsi bildirib.

Seçilən
111
2
az.trend.az

3Mənbələr