AZ

"Raketlərin Amerika tərəfindən Ukraynaya verilməsi real görünmür" -Samir Hümbətov

Rusiya Prezidenti Vladimir Putin açıqlamasında bildirib ki, ABŞ tərəfindən "Tomahawak" raketlərinin Ukraynaya hər hansı tədarükü eskalasiya yaradacaq.

Putinin sözlərini Redaktor.az-a şərh edən politoloq Samir Hümbətov bildirdi ki, Amerika Ukraynaya raket verəcəyini deyir, amma hələlik nəticə yoxdur.

"Raketlərin Amerika tərəfindən Ukraynaya verilməsi isə real görünmür. Versə belə, bu, çox miqdarda olmayacaq. Düşünürəm ki, olsa, çox az miqdarda olacaq və bu, Rusiya ilə razılaşmadan sonra həyata keçirilə bilər. Verilən silah miqdarı da az olduğu təqdirdə eskalasiya yaranmayacaq", - deyə o vurğuladı.

Aytəkin TOFİQQIZI

Seçilən
45
1
redaktor.az

2Mənbələr