AZ

Macarıstan Rusiyadan neft və qaz idxalına dair Aİ qadağalarından yayınmağı planlaşdırır

Budapeşt, 24 oktyabr, AZƏRTAC

Macarıstan Avropa İttifaqının Rusiyadan neft və qaz tədarükünə dair qadağalarından yayınmağa çalışacaq və bu qərara qarşı mübarizəsini davam etdirəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban Aİ-nin Brüsseldə keçirilən sammitində bəyan edib.

“Doğrudur, Rusiyanın bəzi neft şirkətlərinə qarşı sanksiyalar mövcuddur. Biz hazırda bu sanksiyalardan yan keçməyin mümkünlüyü üzərində işləyirik”, - deyə hökumət başçısı “Kossuth” radiostansiyasının səhər proqramında bildirib.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Seçilən
53
3
azertag.az

4Mənbələr