AZ

Bakıda avtobus parkı üçün 1,2 milyon manata elektrikdoldurma stansiyaları quraşdırılacaq

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində inşasına başlanılmış Albalılıq avtobus parkı üçün elektrikdoldurma stansiyaları quraşdırılacaq.

Oxu.Az Trend.az-a istinadla xəbər verir ki, "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) bununla bağlı müvafiq işləri yekunlaşdırıb.

Belə ki, "BakuBus" sözügedən işlərin icrasını "Electrify Azerbaijan" MMC-yə həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, şirkətə 1.2 milyon manat ödənilib.

İşlərin həvalə olunduğu şirkət 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin qanuni təmsilçisi Tariyel Nazim oğlu Rüstəmovdur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
78
oxu.az

1Mənbələr