AZ

Ukrayna torpağı rus hərbçilərinin meyitləri ilə doludur – FOTO / VİDEO

Ukrayna Silahlı Qüvvələri uğursuz hücum cəhdindən sonra Avdeyevka yaxınlığındakı Rusiya hərbçilərinin “ölüm sahələri”nin necə göründüyünü nümayiş etdirib.

NOCOMMENT.az xəbər verir ki, “Xvilya” nəşri “Shadow” hava kəşfiyyatı bölməsi tərəfindən dronla çəkilmiş videoya istinadən məlumat yayıb.

Məlumatda deyilir ki, “oktyabrın 10-dan etibarən rus işğalçıları Avdeyevka istiqamətində “ət hücumlarını” davam etdirirlər. Bu intihar hücumları səbəbindən Avdeyevka yaxınlığındakı əkin sahələri işğalçıların cəsədləri ilə doludur. İşğalçılar Avdeyevka yaxınlığında canlı qüvvə ilə yanaşı külli miqdarda texnika itiriblər”.

Ukrayna ordusunun hərbçiləri isə bu döyüşlə bağlı ictimaiyyətə müraciət ediblər: “Ukrayna Silahlı Qüvvələrinin Avdeyevka yaxınlığındakı mövqelərinə növbəti uğursuz basqın cəhdindən sonra Rusiya işğalçı qüvvələrinin məhv edilmiş texnikasının və şəxsi heyətinin mənzərəsi. Bu ruslar sizin ölməyinizi, əzab çəkməyinizi istəyirdilər. Həyatınızı kimə borclu olduğunuzu, bu ordunu dayandıranları yadda saxlayın. Ukrayna Silahlı Qüvvələrini dəstəkləyin, Ukrayna Silahlı Qüvvələrinə inanın, Ukrayna Silahlı Qüvvələrinin sıralarına qoşulun”.

Hava kəşfiyyatçıları uşaq və yeniyetmələrin iştirakı ilə videoya baxmamağı tövsiyə ediblər.

Xatirə SADİQ

Seçilən
62
nocomment.az

1Mənbələr