AZ

“Silahla gəlib dedi ki, məni Ramiz Mehdiyev göndərib, sizi öldürmək...”

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlətə xəyanət ittihamı ilə ev həbsinə qapadılmasından sonra illərdir gizli qalan bir sıra maraqlı məqamlar üzə çıxır. Bunlardan biri də uzun müddətdir məhkəmə salonlarında adı çəkilən “Baku Oksford Məktəbi” ilə bağlıdır.

Məktəbin “Baku Steel Company”dən mənimsənilən pullar hesabına tikilməsi artıq məhkəmədə sübuta yetirilib və bina dövlət tərəfindən müsadirə olunaraq hərraca çıxarılıb. Məktəb üzərində Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva və Rasim Məmmədovun xanımı Mehriban Məmmədova təsisçi kimi məhkəmələrdə çəkişsə də, qərar dəyişməyib.

Publika.az xəbər verir ki, Teleqraf-ın araşdırması nəticəsində məlum olub ki, məktəbin əsl təsisçiləri nə Kamilə Əliyevadır, nə də Mehriban Məmmədova. Bu məktəbi ərsəyə gətirənlər Nailə Rzayeva və həyat yoldaşı Tofiq Rzayev olublar. Rzayevlər ailəsinin illər öncə “Baku Oksford Məktəbi”ndə 80 faiz təsisçi payı olsa da, sonradan onlar bu hüquqdan məhrum edilib. Zorla, ölümlə təhdidlə və bir qəpik ödənilmədən…

Məsələnin təfərrüatını Nailə Rzayeva Teleqraf-a müsahibəsində danışıb.

- Gəlin əvvəlcə “Baku Oksford Məktəbi” nin necə yaranmasından başlayaq…

Seçilən
88
publika.az

1Mənbələr