AZ

“Əlimizdən gələni edəcəyik ki, Premyer Liqada yerimizi qoruyaq”

“İstirahətdən sonra dörd gün vaxtımız oldu oyuna hazırlaşmaq üçün. Futbolda olur ki, yaxşı oynadığın halda məğlub olursan. Sevindirici haldır ki, “Karvan-Yevlax”ın kapitanı Araz Abdullayev meydanda idi və yaxşı çıxış etdi”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Karvan Yevlax”ın baş məşqçisi Azər Həşimov “Turan Tovuz” oyunu sonrası deyib. O, daha sonra belə davam edib:

“Uzun müddətdən sonra Premyer Liqaya qayıtmışıq, qarşımızda hələ çox oyunlar var. Çalışırıq ki, işimizi vicdanla, ləyaqətlə yerinə yetirək. Daha yaxşı olmağa çalışacağıq. Əlimizdən gələni edəcəyik ki, Premyer Liqada yerimizi qoruyaq. Və qələbə münasibəti ilə “Turan Tovuz”u təbrik edirəm.

İstənilən sahədə səhvlər olur. Bu gün komandamın məğlub olması mənim səhvim idi. Çox təəssüf ki, xal qazana bilmədik, futbolda belə hallar olur”.

Seçilən
35
1
idmanxeber.az

2Mənbələr