BAKI, 24 oktyabr. TELEQRAF
ABŞ vitse-prezidenti Ceyms Devid Vens Yerusəlim şəhərində (Qüds) Müqəddəs Diriliş Kafedralını ziyarəti barədə X sosial şəbəkəsində yazıb.
Teleqraf xəbər verir ki, o, kafedralda xidmət edən erməni, yunan və katolik keşişlərinə təşəkkür edib.
“Məsihin şəhidliyi və dirilişinin baş verdiyi məkanı ziyarət etmək nə böyük nemət idi. Bu müqəddəs məkanın qayğısına qalan yunan, erməni və katolik ruhanilərinə sonsuz minnətdaram”, - ABŞ-nin vitse-prezidenti bildirib.
Ziyarət Ceyms Devid Vensin İsrailə səfəri çərçivəsində baş tutub.