Böyük Britaniya kralı III Çarlz ölkəsinə səfər edən Ukrayna prezidenti Volodimir Zelenskini qəbul edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
Kral salyutu ilə qarşılanan Zelenski Vindzor qəsrinin həyətinə daxil olanda Ukrayna himni səsləndirilib.
Ukrayna prezidenti sonra Qrenadyerlər Qvardiyasının 1-ci batalyonuna baxış keçirməyə dəvət edilib, bundan sonra əsrə daxil olub.
Kralla görüşdən sonra Zelenski Böyük Britaniyanın baş naziri Kir Starmerlə görüşmək üçün Dauninq-stritə yollanıb.
Bu gün Londonda “qətiyyətlilər koalisiyası”nın hibrid formatında toplantısının keçirilməsi gözlənilir.
Xatirə SADİQ