AZ

“Atletiko” da amerikalılara satılır: Bu qiymətə

“Atletiko” klubu yaxın aylarda yeni bir mərhələyə qədəm qoyacaq.

Publika.az xəbər verir ki, Madrid klubunun hazırkı baş direktoru və əsas səhmdarı Migel Anxel Xil Marin ABŞ-ın “Apollo” investisiya fondu ilə razılıq əldə edib.

Razılaşmaya əsasən, fond kapital artımı yolu ilə “Atletiko”nun əsas sahibi olacaq və 2026-cı ilin yanvarından klubun nəzarət paketi amerikalı investorların əlində cəmlənəcək.

Tərəflər artıq satışın maliyyə şərtlərini razılaşdırıblar. Müqavilənin dəyəri 2 milyard avrodan çoxdur. Son günlərdə “Apollo” rəhbərləri Madriddə olublar və iki həftə ərzində yekun müqavilənin imzalanması planlaşdırılır.

Seçilən
100
publika.az

1Mənbələr