AZ

"BakuBus" elektrik avtobusları üçün 1,2 milyon manata dolum stansiyaları quraşdırılacaq

BAKI, 24 oktyabr. TELEQRAF

Elektrik enerjisi ilə işləyən BYD avtobuslarının istifadəsini dəstəkləmək üçün Xəzər rayonu, Buzovna qəsəbəsindəki Albalılıq avtobus parkına elektrik dolum stansiyaları quraşdırılacaq.

Teleqraf xəbər verir ki, bununla bağlı “BakuBus” MMC “Electrify Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 1 milyon 193 min 451 manatlıq müqavilə imzalayıb.

Sözügedən işlərin icrasına bu ayın 18-dən start verilib, 2026-cı ilin oktaybr ayına qədər başa çatdırılması nəzərdə tutulur.

Onu da bildirək ki, “Electrify Azerbaijan” MMC 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin qanuni təmsilçisi Rüstəmov Tariyel Nazim oğludur.

Seçilən
77
teleqraf.com

1Mənbələr