AZ

Dayç "Portu" üzərində qələbədən sonra belə danışdı

UEFA Avropa Liqasının əsas mərhələsinin 3-cü turunda öz meydanında "Portu"nu 2:0 hesabı ilə məğlub edən "Nottingem Forest"in yeni baş məşqçisi Şon Dayç qələbəni dəyərləndirib.

Fanat.Az xəbər verir ki, onun sözlərini "meşəbəyilər"in rəsmi saytı belə çatdırıb: 

"Futbolçular özlərini ən yaxşı tərəfdən göstərdilər. Komanda üzvləri ilə uzun söhbətimiz olmuşdu, necə işləyə biləcəyimizi müzakirə etmişdik. Oğlanlara görə şadam. Yaxşı oyun oldu. Eybəcər qələbəyə də sevinərdim, amma biz həqiqətən yüksək səviyyəli oyun sərgilədik. Futbolçulardan məhz bunu xahiş etmişdim. Onların özləri, azarkeşlər və klubun emblemi üçün mübarizə aparmalarını istəmişdim. Uşaqlar istədiyimizi etdilər. Bunu görmək çox xoşdur".

Xatırladaq ki, Dayç "Nottingem Forest"in baş məşqçi postunda yunan əsilli avstraliyalı mütəxəssis Angelos Postekoğlunun yerini tutub.

Nihat 

Seçilən
69
fanat.az

1Mənbələr