AZ

Maduro Trampa yalvardı – “Xahiş edirəm, bu ağılsız müharibə lazım deyil!”

ABŞ prezidenti Donald Tramp venesuelalı narkotik alverçilərinə qarşı gizli əməliyyatlara icazə verdiyini elan etdikdən sonra Venesuela prezidenti Nikolas Maduro Ağ Evin rəhbərinə müraciət edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “France-Presse” məlumat yayıb.

“Müharibəyə yox, yalnız sülh, əbədi sülh. Xahiş edirəm, ağılsız müharibəyə yox. Əbədiyyən sülh”, – Maduro həmkarlar ittifaqları ilə görüşdə ingiliscə bəyan edib.

Agentlik xatırladıb ki, ABŞ-nin sentyabrın 2-də başlayan zərbələri nəticəsində azı 37 nəfər həlak olmuşdu. Maduro o zaman Vaşinqtonu rejim dəyişikliyinə cəhddə ittiham etmişdi.

Xatirə SADİQ

Seçilən
31
nocomment.az

1Mənbələr