AZ

Tehran həbsxanasında gərginlik: Məhkumlar edama mane oldular

BAKI, 24 oktyabr. TELEQRAF

Tehranda yerləşən Evin həbsxanasının rəhbərliyi barəsində ölüm hökmü çıxarılmış iranlı siyasi məhbus Ehsan Afrəştəni hökmün icrası üçün yenidən köçürmək qərarına gəliblər. Amma qərar Evin həbsxanasının 7-ci blokundakı məhbusların müqaviməti ilə qarşılanıb.

Teleqraf xəbər verir ki, bu barədə “Iran International” məlumat yayıb.

Məlumatda bildirilir ki, həbsxana rəsmiləri Afrəştənin ölüm hökmünü gələn bazar günü icra edəcəklərini və bu dəfə köçürmə zamanı qvardiyanın istifadə olunacağını, həmçinin bütün məhbusların telefon əlaqələrinin kəsiləcəyini açıqlayıblar:

“Siyasi məhbuslar bu qərara etiraz olaraq yemək qəbul etməkdən imtina ediblər.

Oktyabrın 15-də Evin həbsxanası rəsmiləri Afrəştəni ölüm hökmünün icrası üçün köçürməyə çalışsa da, 7-ci blokdakı məhbuslar bunun qarşısını alıblar Onlar blokun qapılarını bağlayaraq Afrəştənin Kərəc həbsxanasına köçürülməsinə mane olublar. Həbsxanada durum gərgin olduğu deyilir”.

Məhbusun siyasi vəziyyəti ilə bağlı mənbə yazıb:

“Ehsan Afrəştə əvvəllər ölkədən çıxaraq Türkiyədə məskunlaşmışdı. Amma atasının (İran) təhlükəsizlik orqanları ilə danışıqları və razılaşması nəticəsində İrana könüllü qayıtmağa qərar verib. Qayıtdıqdan sonra isə məhkəmə prosesi nəticəsində ölüm hökmünə məhkum edilib”.

Seçilən
54
teleqraf.com

1Mənbələr