AZ

Pablo Pikassonun 600 minlik əsəri tapıldı

İspaniya polisi dünyaca məşhur rəssam Pablo Pikassonun "Gitara ilə natürmort" əsərini tapıblar. 

"Cebheinfo.az" xəbər verir ki, İspaniya Milli Polisindən verilən açıqlamada bildirilib ki, Pikassonun “Gitarlı natürmort” adlı əsəri 3 oktyabrda Madrid şəhərindən Qranadaya bir sərgi üçün daşınarkən yük maşınından çıxmayıb və itmiş sayılıb. Tablo artıq tapılıb. Rəsm təxminən 600.000 avroya sığortalanıb.

Hadisə ilə bağlı araşdırmanı 10 oktyabrdan etibarən aparan Milli Polisə bağlı Tarixi Əsərlər Departamenti, əsərin bir bağlamanın içində tapıldığını və onun yük maşınına ümumiyyətlə yüklənmədiyi ehtimalı üzərində dayandığını, lakin istintaqın hələ də davam etdiyini bildirib.

Açıqlamada Pikassonun 1919-cu ilə aid “Gitarlı natürmort” tablosunun Caja Granada Fondunun təşəbbüsü ilə keçiriləcək sərgi üçün digər 56 əsərlə birlikdə 25 sentyabrda anbara yerləşdirildiyi, 3 oktyabrda daşınma zamanı tablonun çıxmaması səbəbilə fondun polisə müraciət etdiyi qeyd olunub.

Seçilən
106
cebheinfo.az

1Mənbələr