Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.
Daşkəsən, 24 oktyabr, Vüsalə Cənnətova, AZƏRTAC
Daşkəsən rayon Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyətinin dəstəyi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Bələdiyyələrdə yaradılmış Gender Komissiyalarının işinin gücləndirilməsi” mövzusunda rayonunun bələdiyyə üzvləri üçün seminar təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, seminar bələdiyyələrdə gender bərabərliyi prinsiplərinin tətbiqinin gücləndirilməsi, qadınların yerli özünüidarəetmədə iştirakının artırılması və Gender Komissiyalarının fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi məqsədi daşıyıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Abil Bayramov vurğulayıb ki, ölkəmizdə qadın və kişilər arasında bərabər hüquq və imkanların təmin edilməsi üçün dövlət səviyyəsində ardıcıl tədbirlər həyata keçirilir. Bu sahədə yerli özünüidarəetmə orqanlarının fəallığı, xüsusilə də Gender Komissiyalarının düzgün təşkili və fəaliyyəti mühüm əhəmiyyət kəsb edir. Seminar zamanı gender yanaşması, bələdiyyələrin gender siyasətində rolu, komissiyaların hüquqi və institusional əsasları, eləcə də praktik fəaliyyət mexanizmləri barədə təqdimatlar edilib. İştirakçılar qrup müzakirələri və interaktiv tapşırıqlarla gender bərabərliyinin təmin olunmasında bələdiyyələrin məsuliyyət və imkanlarına dair biliklərini artırıblar.
İştirakçılara maarifləndirici materiallar təqdim olunub.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.